Mərkəzi qarşılaşma Elvin Əsgərova tapşırıldı
18.09.2014 - 12:15
Mərkəzi qarşılaşma Elvin Əsgərova tapşırıldı

Topaz Premyer Liqasının VI turunun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, tura Rauf Cabbarovun fiti ilə start veriləcək.

 

Həftənin mərkəzi qarşılaşması isə Elvin Əsgərova tapşırılıb. Belə ki, “Qəbələ” və “Neftçi” arasındakı keçirilən matçı Əsgərov idarə edəcək.

 

Turun digər maraqlı qarşılaşmasında isə ədaləti  Əliyar Ağayev qoruyacaq. “Qarabağ” və “Simurq” arasında oynanılacaq bu matça FİFA referisi təyinat alıb.

 

19 sentyabr (cümə)

 

19:00. “İnter” – “Bakı”

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov

“İnter Arena” stadionu

 

 

20 sentyabr (şənbə)

 

17:00. “Sumqayıt” – AZAL

Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev

 “Kapital Bank Arena” stadionu, süni örtüklü meydança

 

19:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

 

 

21 sentyabr (bazar)

 

18:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov

Qəbələ şəhər stadionu

 

20:00. “Qarabağ” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov

Tofiq Bəhramov adına Respublika stadionu

0