Cavid İmamverdiyev Türkiyədə ilk qolunu həvəskar komandaya vurdu – FOTO
18.09.2014 - 12:38
Cavid İmamverdiyev Türkiyədə ilk qolunu həvəskar komandaya vurdu – FOTO

Ötən tur öz meydanında Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka”ya məğlub olan (1:2) “Elazığspor” dünən yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Cavid İmamverdiyevin çıxış etdiyi komanda “Şanlıurfaspor”la çempionat oyunu öncəsini gücünü sınamaq qərarına gəlib.

 

Belə ki, Elazığ təmsilçisi yerli həvəskar komandalardan olan “Yolspor”la görüşüb. Qarşılaşma I dəstə təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu darmadağında İmamverdiyevin də rolu olub. Futbolçumuz böyük hesablı qələbəyə vurduğu 1 qolla töhfə verib.

 

Qeyd edək ki, Cavid İmamverdiyev ilk rəsmi oyununu ötən tur “Karşıyaka”ya qarşı keçirib. Həmin matç start heyətində yer alan futbolçumuz 79-cu dəqiqədə əvəzlənib. Məhz o, meydandan çıxdıqdan 1 dəqiqə sonra komandası qol buraxaraq məğlub olub.

 

0