“İnter” yeni rekorda imza atdı
19.09.2014 - 21:00
“İnter” yeni rekorda imza atdı

Topaz Premyer Liqasında VI turun start matçında “Bakı”nı məğlub edən “İnter” rəqibi üzərində yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt derbisində meydan sahiblərinin 7:0 hesabı ilə qalib gəldiyi görüş “bankirlər”in ən böyükhesablı qələbisi kimi yadda qalıb.

 

Bu qarşılaşmaya qədər “İnter” - “Bakı” duelində qeydə alınmış ən böyük hesab 4:0 olmuşdur ki, baş məşqçi Kaxaber Sxadadzenin komandası yeni rekorda yiyələnib. Franko Nildo ilə Baçana Sxadadzenin dublu və Arif Daşdəmirovla Coşqun Diniyevin hərəyə bir top vurduğu görüş daha məsuldarlığı ilə tarixə yazılıb.

 

Qeyd edək ki, “İnter” sonuncu dəfə “zolaqlılar”ı ən böyük hesabla ötən mövsüm (2013/2014) məğlub etməyi (4:0) bacarmışdı. 36 dəfə üz-üzə gələn komandaların duelində “bankirlər” 14 dəfə qələbə qazanıb.

 

Digər oyunlarda isə (12) sevinən tərəf “Bakı” olub. Son 13 oyunda məğlubiyyət üzü görməyən “İnter” rəqibinin qapısından 37 top keçirib və 29-na üzülüb. Sülhlə yekunlaşan qarşılaşmaların sayı isə 5-ə bərabərdir. 

0