[b]Alfred Sanko: Necə olacağını oyundan sonra görəcəyik[/b]
20.09.2014 - 12:43
[b]Alfred Sanko: Necə olacağını oyundan sonra görəcəyik[/b]

“Artıq zədəmi tam sağaltmışam və bu gün “Araz-Naxçıvan”a qarşı oynaya bilərəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alfred Sanko deyib.

 

Topaz Premyer Liqasının VI turunda doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək “ağ-yaşıllar”ın afrikalı futbolçusu qarşılaşma barədə də fikirlərini bildirib: “Komandada hər şey yaxşıdı. Sevinirəm ki, zədədən sonra özümə gəlmişəm və bu gün meydanda ola bilərəm. “Neftçi”yə məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq. Amma necə olacağını oyundan sonra görəcəyik. Düzdü, ötən turdakı məğlubiyyət bizi çox üzdü. Çünki üstün oynadığımız görüşdə qalib gələ bilməmişdik. İnşallah, bu gün qələbə bizimdi”.

 

0