Kristof Qaltye: “Lans” “Qarabağ”dan güclü deyil
20.09.2014 - 17:04
Kristof Qaltye: “Lans”  “Qarabağ”dan güclü deyil

“Lans”la oyundan öncə komandada yaxşı əhval-ruhiyyə var. Çünki Bakıdan sərfəli nəticə ilə dönmüşük”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib.

 

Avroliqanın qrup mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”la (0:0) bərabərə qalan Fransa təmsilçisinin çalışdırıcısı daxili çempionat oyunundan danışıb. O bildirib ki, bu gün Liqa-1-in VI turunda üz-üzə gələcəkləri “Lans” “Qarabağ”dan heç də güclü komanda deyil: “Qarabağ” güclü komandadı. Onlardan səfərdə 1 xal ala bildik. İndi isə “Lans”la səfər oyununa yollanırıq. Bu komanda heç də Azərbaycan klubundan güclü deyil. Qələbə də qazana bilərik. İnanıram ki, futbolçularım əllərindən gələnin ən yaxşısını göstərəcəklər. Bizim çətin oyun qrafikimiz var. Bu matçlardan yaxşı nəticələrlə ayrılmalıyıq”.

0