Şükürov yenə izlədi, komandası evə xalsız qayıtdı
20.09.2014 - 21:48
Şükürov yenə izlədi, komandası evə xalsız qayıtdı

Bu gün Türkiyə PTT I Liqasında III turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Mahir Şükürovun heyətində çıxış etdiyi “Karşıyaka” da meydana çıxıb.

 

Təmsilçimizin komandası səfərdə debütant “Osmanlıspor”la üz-üzə gəlib.

 

Ötən tur digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”a qalib gələn (2:1) “Karşıyaka” bu dəfə rəqibinə məğlub olub. Matçda “Osmanlıspor” 3:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, Şükürov “Elazığspor”la oyunda olduğu kimi qarşılaşmanı yenə ehtiyat oyunçular skamiyasından izləyib. Baş məşqçi Yusuf Şimşək Mahirə 90 dəqiqə ərzində şans verməyib.

 

0