Premyer Liqanın oyunları hansı kanalda yayımlanacaq?
21.09.2014 - 15:30
Premyer Liqanın oyunları hansı kanalda yayımlanacaq?

Topaz Premyer Liqasının VI turunda bu gün keçiriləcək "Qəbələ" - "Neftçi" və  "Qarabağ" – “Simurq” oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər hər iki matçı televiziya vasitəsi ilə canlı izləyə biləcəklər.

 

Belə ki, Qəbələdə baş tutacaq qarşılaşma “İdman Azərbaycan”, paytaxtda reallaşacaq oyun isə AzTV kanalında nümayiş olunacaq.

 

Qeyd edək ki, “Qəbələ” - “Neftçi” matçı saat 18:00-da, “Qarabağ”  - “Simurq” oyunu isə saat 20:00-da başlayacaq.

0