İmamverdiyev 52 dəqiqə oynadı, komandası ilk xalına sevindi
21.09.2014 - 20:02
İmamverdiyev 52 dəqiqə oynadı, komandası ilk xalına sevindi

Bu gün Türkiyə PTT I Liqasında III turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor” da növbəti oyunu keçirib.

 

Təmsilçimizin komandası səfərdə “Şanlıurfaspor “la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Beləliklə, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Elazığspor” çempionatda ilk xalına sevinib.

 

Bu matçda İmamverdiyev meydana yenə start heyətdə daxil olub. Ötən tur “Karşıyaka” (2:1) ilə matçda da ilk “11-lik”də yer alan futbolçumuz oyunun 52-ci dəqiqəsində yerini Yıldıza verib.

0