“Qarabağ”ın rəqibi zirvəni ələ keçirə biləcəkmi?
21.09.2014 - 23:00
“Qarabağ”ın rəqibi zirvəni ələ keçirə biləcəkmi?

Ukrayna Premyer Liqasında VII turunun növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində“Qarabağ”ın rəqibi “Dnepr” də meydana çıxacaq.

 

Ağdam klubunun rəqibi Donetsk “Olimpik”i ilə üz-üzə gələcək. Aktivində 16 xal olan Dnepropetrovsk təmsilçisi öz meydanındakı bu matçda qalib gələcəyi təqdirdə turnir cədvəlində liderliyi ələ keçirəcək.

 

Çünki ilk pillədə qərarlaşan “Şaxtyor” ötən gün “Zarya”nı qəbul edib və 0:1 hesabı ilə məğlub olub. 

 

Qeyd edək ki, “Dnepr” - “Qarabağ” oyunu oktyabrın 23-də, cavab matçı isə noyabrın 6-da keçiriləcək.

0