Belçika – Azərbaycan oyununun vaxtı müəyyənləşdi
22.09.2014 - 11:40
Belçika – Azərbaycan oyununun vaxtı müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunda mübarizəni meydan sahiblərinə qarşı görüşlə başlayacaq.

 

Həmin oyun oktyabrın 23-də Eysden şəhərinin “Patro Eysden” stadionunda baş tutacaq. Millimiz son matçını da bu arenada keçirəcək. Ayın 28-də komandamız Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

 

Mirbağır İsayevin yetirmələri oktyabrın 25-də baş tutacaq II turda isə Beringen şəhərindəki “Mijnstadion”a çıxacaq. Millimizin rəqibi İsveçrə olacaq.

 

Qeyd edək ki, yığmamızın hər üç oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0