Aleksandr İaşvili: “İnter” belə oyunla çempion ola bilər
22.09.2014 - 15:00
Aleksandr İaşvili: “İnter” belə oyunla çempion ola bilər

“Bakıya gəlməkdə məqsədim “İnter”in oyununa baxmaq idi. Burada dostlarım çoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun sabiq futbolçusu Aleksandr İaşvili deyib.

 

Topaz Premyer Liqasının VI turunda keçirilən “İnter” – “Bakı” (7:0) matçını canlı izləyənlər arasında İaşvili də olub. Ölkəmizə işgüzar səfər üçün gəlmədiyini deyən gürcüstanlı bu gün ölkəsinə qayıdacağını bildirib: “Hələlik istirahət edirəm. İş haqqında düşünmürəm. Bakıya gəlib, sabiq komandamın oyunu izlədim. Fəaliyyətimi Gürcüstan Futbol Federasiyasında davam etdirəcəyim barədə yayılan xəbərlər hələlik həqiqət deyil. Amma gələcəkdə ola bilər. Qarşıdakı günlərdə qərarımı verəcəyəm. “İnter” isə gözəl qələbə qazandı. Onları təbrik edirəm. Belə oyunla yaxşı nəticələr qazana bilərlər. Bəlkə də çempion oldular”.

 

“İnter”də işləmək istəyirsinizmi” sualına gəlincə, İaşvili bu barədə düşünmədiyini söyləyib: “Kaxaber Sxadadze mənə çox yaxşı münasibət göstərirdi. Onunla görüşdük və söhbət etdik. Münasibətlərimiz əladı. Amma burada işləməyim haqqında isə heç bir şey deyə bilmrəm”.

0