Bu gün başlayan mundialın ən seksual voleybolçusu... Bakıda oynayırmış - FOTOSESSİYA
23.09.2014 - 10:30
Bu gün başlayan mundialın ən seksual voleybolçusu... Bakıda oynayırmış - FOTOSESSİYA

Bu gün İtaliyada start götürəcək dünya çempionatının ən gözəl 10 voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmasında əsas heyət oyunçuları arasında aparılan seçimdə onların nailiyyətləri, seksuallığı, ecazkarlığı, boyu, hətta mövqeyi də əsas götürülüb.

 

 “Sovetskiy Sport”un apardığı sorğunun nəticəsinə əsasən, hollandiyalı Maret Qrotues bütün rəqiblərini qabaqlayıb. 2012/2013 mövsümündə Bakı “Lokomotiv”inin şərəfini qoruyan, lakin ciddi uğur əldə edə bilməyən 180 sm boya malik hücumçu xoş sifəti ilə də respondentlərin rəğbətini qazanıb.

 

Onun ardınca İtaliya millisinin kapitanı, bu komandanın formasında 469 matç keçirən Françeska Piççinini gəlir. 185 sm boya malik 35 yaşlı hücumçu cəsarətli fotosessiyalar verməklə azarkeşlərin qəlbinə yol tapıb. Dünya və Avropa çempionu titullarına görə də öncüllərdəndir.

 

İlk “üçlüyü” Maya Polyak tamamlayır. Polşa millisinin şərəfini qoruyan 194 sm boya malik blokçu geyimləri ilə diqqətləri özündə cəmləyə bilir. Bir vaxtlar Azərbaycan klublarına transferi gündəmdə olan voleybolçunun mundialda bir çox komandalara çətinliklər yaradacağı bildirilir.

 

Kaya Qrobelna yaşına görə siyahıda 4-cü yeri tutub. Gözəlliyi ilə dünya voleybolsevərlərinin rəğbəti qazanan və qrup mərhələsində rəqibimiz olacaq belçikalının cəmi 19 yaşı var.

 

Onun ardınca braziliyalı Taisa Menezis gəlir. 196 sm boya malik blokçu mundialın favoritlərindən olduğu kimi, effektiv “fiqurası”na görə digərlərindən fərqlənir.

 

6-cı pillədə Bolqarıstan millisinin hücumçusu Elitsa Vasilyeva qərarlaşıb. 194 sm boya malik voleybolçu hər anında seksuallığını nümayiş etdirməyi sevir.

 

Respondentlər “Azəryol”un yeni transferi, ulduz hücumçu Yovana Brakoçeviçi 7-ci pilləyə layiq görüblər. Baxışları ilə heyranlarını “yandırıb-yaxan” serbiyalı gözəl 196 sm boya malikdir.

 

8-ci yerdə qərarlaşan Jaklin Karvalyo Braziliya millisinin siyahıdakı üzvlərinin sayını ikiyə çatdırıb. Əyləncələri ilə ad çıxaran 186 sm boya malik “sabmaçı” bütün sahələrdə liderliyi sevir.

 

9-cu olan hollandiyalı Manon Flier də Azərbaycan azarkeşləri üçün yaxşı tanışdır. 2012/2013 mövsümündə “Azərreyl”də (indiki “Azəryol”), ardınca “İqtisadçı”da forma geyinən 192 sm boylu hollandiyalı sarışınlığı ilə fanatlarının sevimlisinə çevrilib.

 

İlk “onluğu” isə Xorvatiya millisinin hücumçusu Sanya Popoviç qapayıb. O, digər oyunçulardan xarakterinə əsasən seçilir. 

0