“Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi məkan müəyyənləşdi
23.09.2014 - 11:35
“Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi məkan müəyyənləşdi

Həftəsonu Topaz Premyer Liqasının VII turunda baş tutacaq “Neftçi” – “Qarabağ” matçının keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az xəbər verir ki, turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oynanılacaq.

 

Buna səbəb paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi “Bakcell Arena”ın ot örtüyündə olan problemlərdi. AVRO-2016-nın seçmə mərhələsində baş tutan Azərbaycan – Bolqarıstan görüşündən sonra yararsız vəziyyətə düşən meydança hələ də düzəlməyib. Bu səbəbdən  “Neftçi” ev oyunlarını Bakıxanov qəsəbəsindəki stadionda keçirir. V turda “Xəzər Lənkəran”la “Böyük oyun”a bu stadionda çıxan “ağ-qaralar” “Qarabağ”la da burada oynayacaq.

 

0