[b]Karlo Alberto Torres: Bəs hanı?[/b]
23.09.2014 - 12:22
[b]Karlo Alberto Torres: Bəs hanı?[/b]

Braziliya futbolunda enişin yaşanması adlı-sanlı veteranların da narahatçılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, 1970-ci ildə dünya çempionu olan komandanın kapitanı kimi tarixə düşən Karlos Alberto Torres də “sambaçılar”ın indiki durumundan narazıdı.

 

2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olan Torres tətbiqi gündəmdə olan alman modelindən danışıb: “Bizdə futbolun inkişafının alman modelindən çox danışırlar. Bəs hanı bütün bunlar? Hələ də heç nə yoxdu. Bu barədə söz-söhbətlər isə bitib”.

 

Qeyd edək ki, Braziliya yığması öz meydanında keçirdiyi dünya çempionatında 4-cü pilləni tutsa da, yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzması ciddi narazılığa səbəb olub.

0