Bakı “İnter”i “Bavariya” və “Barselona”dan öndə!
23.09.2014 - 15:54
Bakı “İnter”i “Bavariya” və “Barselona”dan öndə!

Bakı “İnter”i Avropanın ən məhsuldar klubları arasında yer alıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ilk 6 turunda 19 qol vuran paytaxt təmsilçisinin orta məhsuldarlığı 3,17-yə bərabərdi.

 

Bu isə Avropa ölkələrinin yüksək liqalarında 6-cı göstəricidi. Bakılılar adlı-sanlı PSV, həmçinin TNS ilə eyni nəticəyə malikdi.

 

Bakılılar 5 komanda, o cümlədən “Real” və “Çelsi” kimi nəhənglər istisna olmaqla, bütün Avropa nəhənglərini arxada qoyub. Hətta “Barselona”, “Bavariya” kimi böyük komandalar da cari mövsüm öz milli çempionatında belə məhsuldar deyil. Ümumilikdə isə Avropada yalnız 9 komandanın orta məhsuldarlığı 3-dən yuxarıdı.

 

Maraqlıdı ki, siyahının ilk iki pilləsində avrokuboklarda Azərbaycan klublarına qənim kəsilən “Zalsburq”la “Partizan” qərarlaşıb.

 

yer

klub

Ölkə

oyun

qol

 Orta

1

“Zalsburq”

Avstriya

9

33

3,67

2

“Partizan”

Serbiya

6

21

3,50

3

“Zenit”

Rusiya

8

26

3,25

4

“Real”

İspaniya

4

13

3,25

5

“Çelsi”

İngiltərə

5

16

3,20

6-8

“İnter”

Azərbaycan

6

19

3,17

 

TNS

Uels

6

19

3,17

 

PSV

Hollandiya

6

19

3,17

9

“Kalev”

Estoniya

30

92

3,07

 

0