Azərbaycan millisinin heyəti açıqlandı
23.09.2014 - 16:28
Azərbaycan millisinin heyəti açıqlandı

Hindistanın Puna şəhərində keçiriləcək gənc şahmatçıların dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamız oktyabrın 5-20-də baş tutacaq mundiala 3 şahmatçı ilə yollanacaq.

 

Məşqçilər korpusu Punada Nicat Abasov (2527), Ülvi Bacarani (2483) və Səbinə İbrahimovaya şans verəcək.

 

Qeyd edək ki, dünya çempionatında oğlanların yarında 136, qızların mübarizəsində isə 77 şahmatçı zəkasını yoxlayacaq.  

0