[b]Yığmamızın hücumçusu yaponiyalı oyunçunu arxada qoydu - FOTO[/b]
23.09.2014 - 23:02
[b]Yığmamızın hücumçusu yaponiyalı oyunçunu arxada qoydu - FOTO[/b]

İtaliyada qadın voleybolçular arasında start verən dünya çempionatının ilk oyun gündə keçirilən Yaponiya – Azərbaycan oyunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 3:2 hesabı ilə qalib gəldiyi matçın bombardiri adını Polina Rəhimova qazanıb.

 

Rəqibi 33 dəfə cəzalandıran hücumçumuz ən məhsuldar oyunçu seçilib. Digər voleybolçumuz Kseniya Kovalenkonun aktivində isə 15 top var.

 

Asiyalıların heyətində isə Saori Kimura məhsuldar olub. O, matçın bombardiri Rəhimovadan 13 top (20) geri qalıb.

0