[b]Cavadovla Hacıyev qol vurdu, "Qaziantep BB" mərhələ adladı[/b]
24.09.2014 - 00:55
[b]Cavadovla Hacıyev qol vurdu, "Qaziantep BB" mərhələ adladı[/b]

Türkiyə kubokunda II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi "Qaziantep BB" ilk matçını keçirib.

 

Təmsilçilərimizin komandası səfərdə "Anadolu Selcukspor"la üz-üzə gəlib. "Qaziantep BB" bu görüşdə 2:1 hesabıyla qələbə qazanıb. Qonaqların heyətində hər iki qola futbolçularımız imza atıb.

 

Belə ki, 29-cu dəqiqədə hesabı meydan sahibləri açsa da, fasilədən soma (53) Vaqif Cavadov oyunda tarazlıq yaradıb. 71-ci dəqiqədə isə Rəhman Hacıyev komandasının qələbə topunu vurub.

 

Qeyd edək ki, Hacıyev qarşılaşmada meydana ilk “11-lik”də çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Vaqif isə matçın 24-cü dəqiqəsində forma şansı əldə edib. Rəhmanla Cavadovdan fərqli olaraq, baş məşqçi Nurullah Sağlam Budakın adını iştirak ərizəsinə salmayıb.

0