[b]Daha bir legioner “Bakı”dan uzaqlaşdırıla bilər[/b]
25.09.2014 - 14:19
[b]Daha bir legioner “Bakı”dan uzaqlaşdırıla bilər[/b]

“Bakı”nın serbiyalı yarımmüdafiəçisi Risto Ristoviç komandadan uzaqlaşdırıla bilər. Apasport.az xəbər verir ki, buna səbəb onun baş məşqçi İbrahim Uzunca və komandada bir neçə futbolçu ilə münasibətlərinin pis olmasıdı.

 

Elə bunun sübutu kimi Topaz Premyer Liqasının VI turunda “İnter”ə 0:7 hesablı məğlubiyyətdən sonra Ristoviç vətəninə yollanıb.

 

O, 4 gün ölkəsində qaldıqdan sonra dünən axşam geri dönüb və məşqlərə qatılmayıb. Bu səbəbdən də o, “Araz-Naxçıvan”la oyunda komanda ilə olmayacaq. Onun adı heç ilk “18-liy”ə də salınmayacaq.

 

Məlumatı saytımıza açıqlamasında futbolçunun özü də təsdiqləyib: “Düzdü, 4 gün idi Serbiyada idim. Dünən komandaya qoşuldum. Baş məşqçi mənə “Araz-Naxçıvan”la görüşdə oynamayacağımı dedi. Səbəbi isə sadəcə yorğun olmağımdı. Amma “Simurq”la oyunadək hazır olacağam. Həmin matçda komandama kömək edəcəm. Deyirlər ki, guya mən pula görə oynamıram. Amma bu yalan söhbətdi”.

0