“Balotelli meydanda da yataqdakı kimidirsə...” - FOTOSESSİYA
26.09.2014 - 15:46
“Balotelli meydanda da yataqdakı kimidirsə...” - FOTOSESSİYA

AVRO-2016-da Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının hücumçusu Mario Balotellinin şəxsi həyatının detalları ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, onun sabiq sevgilisi Eqlantin-Flor Aqilar yaxın münasibətlərdə olduğu futbolçuların yataq sirlərini açıqlayıb.

 

Mariodan başqa, Eşli Koulla da macəralar yaşamış 21 yaşlı fransalı bildirib ki, italiyalının fiziki durumu ilə bağlı heç bir narahatçılıq yoxdu: “Əgər Balotelli meydanda da yataqdakı kimidirsə, “Liverpul” heç nə üçün narahat olmamalıdı. O, çox dözümlüdü. Mario yataqda Eşlidən xeyli yaxşıdı. Buna heç bir şübhəm yoxdur”.  

 

Qeyd edək ki, İtaliya millisinin bu il “Liverpul”a keçən hücumçusu 3 matçda bir qol vurub. Koul isə yayda “Çelsi”ni “Roma”ya dəyişib. O, meydana çıxdığı 4 oyunda hələ qol hesabı açmayıb. 

0