Yığmamızın hücumçusu start heyətdən kənarda qaldı
30.09.2014 - 08:40
Yığmamızın hücumçusu start heyətdən kənarda qaldı

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu Almaniyanın “Saarbrükken” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Regionalliqanın Cənub-Qərb zonasında çıxış edən aşağı dəstə təmsilçisi XI turda “Kayzerslautern-2” ilə görüşüb.

 

Qarşılaşma qolsuz bərabərliklə nəticələnib – 0:0. Rüfət sabiq komandası ilə matçda start heyətindən kənar qalıb. Baş məşqçi Fuad Kılıç ona yalnız son 22 dəqiqədə şans verib.

 

Qeyd edək ki, bu xal itkisi “Saarbrükken”in zirvəni əldən verməsi ilə nəticələnib. İndi hesabında 26 xal olan komanda 2-ci pillədə qərarlaşıb.

0