[b]Millinin qapıçısı antirekorda imza atdı - FOTO[/b]
30.09.2014 - 21:40
[b]Millinin qapıçısı antirekorda imza atdı - FOTO[/b]

Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin qolkiperi qitənin ən möhtəbər klub turnirinin II turunda evdə “Bavariya” ilə görüşdə yenə komandasını xilas edə bilməyib.

 

Belə ki, Akinfeyev ardıcıl 23-cü oyunda qapısından top buraxıb. Hazırda dava edən oyunun 22-ci dəqiqəsində İqror Almaniya yığmasının hücumçusu Tomas Müllerin penaltidən vurduğu topa üzülüb. 25 yaşlı forvardın moskvalıların qapısından keçirdiyi qol isə matçda hələ ki yeganədir.

 

Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə “Arsenal”la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 45-ci top olub.

 

Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusə məxsusdur. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb.

0