Dieqo Simeone: Onu yaxşı tanıyıram
30.09.2014 - 22:14
Dieqo Simeone: Onu yaxşı tanıyıram

“Yuventus” həmişə ciddi komanda olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atletiko”nun baş məqşçisi Dieqo Simeone deyib.

 

Təcrübəli mütəxəssis sabah Çempionlar Liqasının qrup mərhələsinin II turunda doğma azarkeşləri önündə “Yuventus”la qarşılaşmadan öncə mətbuat konfransı keçirib.

 

Argentinalı çalışdırıcı rəqib komandanın heyətində forma geyinən həmyerlisi Karlos Tevesi xüsusilə qiymətləndirib: “Turin klubu ilə oyunda rəqibin səhvlərini tapmaq çətin olacaq. Biz evimizdə yüksək səviyyədə matç keçirəcəyik. Teves əla futbolçudur, xüsusilə də, qapılara yaxın olan zaman istəyinə tez nail olan oyunçudur. Onu yaxşı tanıyıram. Biz onu meydanda tək buraxmamalıyıq. “Yuventus” Karlos Teves, Fernando Lorente və Alvaro Moratı ilə rəqibə qarşı təzyiq göstərməyi bacarır”.

0