“Barselona”nın seriyasını müdafiəçi qırdı
30.09.2014 - 23:20
“Barselona”nın seriyasını müdafiəçi qırdı

PSJ-nin müdafiəçisi David Luisin Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Barselona”nın qapısından keçirdiyi qol əlamətdar olub. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu bu mövsüm ilk dəfə Kataloniya klubunu məyus edən oyunçu ünvanını qazanıb.

 

Hazırda 2:1 hesabı ilə öndə olan oyunun 10-cu dəqiqəsində Luis komandasını önə çıxardıb. Bu top isə “Barsa”nın “toxunulmazlıq” seriyasını qırıb.

 

Qeyd edək ki, “Barselona” bu mövsüm keçirdiyi 7 rəsmi qarşılaşmanın heç birində qapısında qol görməmişdi.

0