Milana yubiley üçün gedənlər
01.10.2014 - 13:00
Milana yubiley üçün gedənlər

Avropa Liqasının qrup mərhələsinin II turunun “İnter”lə oyunu Azərbaycan çempionu “Qarabağ”ın bəzi futbolçuları üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu oyunçular Milandakı “Cüzeppe Meattsa” stadionuna yubiley qarşılaşmasını keçirəcək.

 

Legionerlərdən ikisi – braziliyalı Reynaldo və makedoniyalı Muarem Muarem 20-ci dəfə avrokubok matçının iştirakçısı olacaq. Digər “sambaçı” Riçard Almeyda və hollandiyalı Corc Leroy üçün Milandakı oyun 15-ci ola bilər. Bosniya və herseqovinalı qolkiper İbrahim Şehiçin hesabında isə hələlik 9 belə oyun var.

 

0