“Hər kəs “Qarabağ”la oyunun əhəmiyyətini anlayır” - FOTO
01.10.2014 - 16:33
“Hər kəs “Qarabağ”la oyunun əhəmiyyətini anlayır” - FOTO

“Avroliqa oyununa 3 gündür ki, sürətlə hazırlaşırıq. Rəqibin oyunlarını analiz etmişik”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Valter Matsarri deyib.

 

Sabah Avroliqanın qrup mərhələsinin II turunda “Qarabağ”la qarşılaşacaq İtaliya təmsilçisinin baş məşqçisi oyun öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb. O bildirib ki, komandasında bəzi çatışmazlıqlar var: “İtaliya çempionatının son turunda “Kalyari”yə qarşı keçirdiyimiz oyunda bunlar açıq-aşkar göründü. Amma sabah hər şey fərqli olacaq. Uğursuzluğu unudub, uğur qazanmaq lazımdır. İndi komandamın motivasiyasını yüksəltməliyəm. Hər kəs səhvini də, sabahkı oyunun əhəmiyyətini də anlayır”.

 

Matsarri zədəli futbolçularının durumuna aydınlıq gətirib: “Yuto Naqataamo və Danilo D'Ambrozionun vəziyyəti normaldır. Onlar komandaya tam kömək edə biləcəklər. Tək problem isə Mateo Kovaçiçdədir. Onun xəstəliyi oynamasına mane olacaq. Coel Obi də bizə kömək edəcək”.

 

Milan təmsilçisinin baş məşqçisi Nemanya Vidiç haqqında isə bunları deyib: “Nemanya Vidiçin etdiyi səhvlər göz önündədir. Həm də o komandaya gec qoşuldu və hazırlıqlarda iştirak edə bilmədi. Onunla söhbətimiz olub. Hər şey qaydasına düşəcək. İndi isə problemlərdən çox “Qarabağ” üzərində qələbə qazanmağı düşünürük. İnanıram ki, bunu bacaracağıq. Az da olsa, özümüzə olan inamı geri qaytaracağıq”.

0