Sneyderin ingilis klubuna getməməyinin səbəbi bilindi
01.10.2014 - 18:48
Sneyderin ingilis klubuna getməməyinin səbəbi bilindi

Yay “transfer pəncərəsi”ndə “Mançester Yunayted”in almaq istədiyi Uesli Sneyder keçidin baş tutmaması haqda danışıb. Apasport.az saytının məlumatına görə, Hollandiya milli komandasının yarımmüdafiəçisi ingilis klubununa özü getmək istəməyib.

 

Belə ki, “qırmızı şeytanlar”ın komandaya cəlb eləmək niyyətində olduğu oyunçu bunu “Mançester Yunayted”in Çempionlar Liqasından kənarda qalması ilə əlaqələndirib.

 

Uesli Türkiyədə xoşbəxt olduğunu bildirib: “Lui van Qaal mənim futbol aləmimdə ən ağıllı insanlardan biridir. O, mənə “Mançester Yunayted”də oynamaq üçün cəlbedici təklif göndərdi. Amma mən Türkiyədə xoşbəxtəm. Bundan başqa, Çempionlar Liqasında iştirakdan imtina etmək çətindir”. 

0