[b]Qurban Qurbanov: Bakıya 1 xalla qayıtsaq...[/b]
01.10.2014 - 21:42
[b]Qurban Qurbanov: Bakıya 1 xalla qayıtsaq...[/b]

“Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Düzdü, üstünlük rəqibin tərəfindədi. Bu səbəbdən komandamızı çətin və ağır qarşılaşma gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah İtaliyada “İnter”lə qarşılaşacaq. Oyun öncəsi matçın keçiriləcəyi “Cuzeppe Maetsa” stadionunda mətbuat konfransı keçirən Qurbanov bildirib ki, əsas məqsəd rəqibə öz oyununu oynamağa imkan verməməkdi: “Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdı. Əsas odu “İnter”ə oynamağa imkan verməyək. Eləcə də, məni çətin sınaq gözləyir. Sabah qarşımıza tam fərqli heyət çıxa bilər. Hər qazanılan xal xallarımıza əlavə olunur. Bakıya  1 xalla qayıtsaq, bizim üçün daha faydalı olar”.

 

“Qarabağ”ın qrupda digər rəqibi olan “Sent Etyen” futbolçularından birinin “Növbəti mərhələyə “Qarabağ” və biz çıxacağıq” deməsinə münasibət bildirən Qurbanovun fikrincə, qrupdakı nütün rəqiblər “nter”ə hörmətlə yanaşmalıdı: “Ola bilsin A seriysında “Kalyari”yə 1:4 hesablı məğlubiyyətəə görə belə deyirlər. Amma  qrupun favotiri “İnter”di. Bu komandaya qarşı belə fikir yürütmək düzgün çıxmaz”.

 

Qurbanov daha sonra bildirib ki, komandanın Milana daha tez səfər etməsində məqsəd futbolçuların yerli mühitə uyğunlaşıb, yerli mədəniyyətilə tanış olmaqdı.

 

İtaliyalı həmkarımızın “İnter”lə qarşılaşmanı “Qarabağ”ın tarixində ən yaddaqalan oyun kimi dəyərləndirmək olarmı” sualına gəlincə, Qurbanov bildirib ki, “İnter”lə qarşılaşmanın öz özlliyi var: “Həqiqətən də bu matçın yeri başqadı. Baxmayaraq ki, biz “Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klubkarından sayılır. İlk dəfə İtaiya klubuna qarşı oynayacağıq”.

0