Vobayla Sanko Afrikaya gedir
02.10.2014 - 10:40
Vobayla Sanko Afrikaya gedir

Syerra-Leone milli komandasının Afrika Millətlər Kubokunda keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Apasport.az xəbər verir ki, oktyabrın 11-də və 15-də Kamerun yığması ilə qarşılaşacaq komandanın heyətinə Topaz Premyer Liqasından 2 futbolçu dəvət olunub.

 

Belə ki, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alfred Sanko və “Neftçi”nin orta sahə oyunçusu Julius Vobay baş məşqçi Atto Mensahın açıqladığı siyahıda yer alıb. Lakin Vobayın milli komandanın düşərgəsinə qoşulmağında bir problem olmasa da, Sanko zədəsi ucbatından Kamerunla oyunları buraxa bilər.  

 

Syerra-Leone yığmasının sentyabrın 6-da Fil Dişi Sahili millisinə qarşı keçirdiyi oyunun ilk hissəsində zədələnən yarımmüdafiəçi hələ də bu problemini həll edə bilməyib. “Xəzər Lənkəran”ın futbolçusu zədəsini tam sağalda bilməsə, o zaman milli komandaya qoşulmayacaq

0