Millimizin oyununun biletləri satışda
02.10.2014 - 13:21
Millimizin oyununun biletləri satışda

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Azərbaycan oyunu üçün artıq biletlər satışa çıxarılıb. Apasport.az xəbər verir ki, oktyabrın 13-də Osiek şəhərində baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti də müəyyənləşib.

 

Belə ki, matç üçün ən ucuz biletin qiyməti  40 kunadı (5 manat 10 qəpik). Ən bahalı biletin qiyməti isə 80 kunadır(10 manat 30 qəpik). Satış onlayn olaraq da həyata keçirilir. Azarkeşlər oyuna baxmaq üçün biletləri 8 oktyabr tarixindən etibarən Osiek şəhərinin idman kompleksinin kassalarından əldə edə bilər.

 

Cənub tribunası – 40 kuna (5 manat 10 qəpik)

Şərq tribunası – 60 kuna (7 manat 70 qəpik)

Qərb tribunasının yuxarısı – 60 kuna (7 manat 70 qəpik)

Qərb tribunasının aşağısı – 80 kuna (10 manat 30 qəpik)

 

 

Qeyd edək ki, bu oyun “Qradski Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də başLayacaq. 

0