AZAL məşqlərə başladı
02.10.2014 - 20:09
AZAL məşqlərə başladı

AZAL Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter”lə qarşılaşdıqdan sonra futbolçulara istirahət verilmişdi. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 3 günlük istirahət çərşənbə günü başa çatıb.

 

Komanda “AZAL Arena”da yenidən bir araya gələrək hazırlığa başlayıb. İlk məşqlər hələ ki fiziki təmrinlər üzərində qurulur. Ancaq tədricən taktiki-texniki məşqlərə də yer ayrılacaq. Sabaha isə “təyyarəçilər”in 2 məşqi planlaşdırılıb.

0