Xorvatiya Azərbaycan yığmasına “fokus” göstərdi
14.10.2014 - 00:35
Xorvatiya Azərbaycan yığmasına “fokus” göstərdi

AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünə çıxıb.

 

Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağında olub. Millimiz qrupun favoritlərindən olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

 

Xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində meydana çıxmağa peşman olub. Xorvatlar matçda 6:0 hesabı ilə qələbə qazanıb.  

 

Görüşdə İvan Perisiç (34; 45) dubl edib. Andrey Kramariç (11), Marselo Brozoviç (45+2) və Luka Modriç (56-pen) hərəyə bir dəfə fərqlənib. Ev sahiblərinin sonuncu qolunu isə Rəşad Sadıqov vurub. “Qarabağ”ın müdafiəçisi 61-ci dəqiqədə avtoqola imza atıb. 

 

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

13 oktyabr

Xorvatiya – Azərbaycan - 6:0

QOLLAR: Andrey Kramariç, 11, İvan Perisiç, 34; 45, Marselo Brozoviç, 45+2, Luka Modriç, 56-pen, Rəşad Sadıqov, 61-avtoqol

Baş hakim: Stefan Studer

Baş hakimin köməkçiləri: Sandro Pozzi, Yan-Yves Viçt

Dördüncü hakim: Vital Yobin

Əlavə hakim köməkçiləri: Alain Bieri, Saska Amhof (Hamısı - İsveçrə)

UEFA nümayəndəsi: Mixal Listkeviç (Polşa)

Hakim-inspektor: Leslie Arvin (Şimali İrlandiya)

Osiyek. "Qradski" stadionu

 

XORVATİYA: 23. Daniel Subaşiç, 5. Vedran Çorluka, 11. Dariyo Srna, 21. Domaqoy Vida, 3. Daniel Pranyiç, 7. İvan Rakitiç, 10. Luka Modriç, 14. Marselo Brozoviç, 20. Mateo Kovaçiç, 17. Mario Mandjukiç, 22. Andrey Kramariç

 

Ehtiyat oyunçular: 1. İvan Varqiç, 12. Lovre Kaliniç, 2. İvan Tomeçak, 6. Qordon Şildenfeld, 15. İvan Striniç, 19. Hrvoye Miliç, 4. İvan Perisiç, 8. Alen Haliloviç, 9. Domaqoy Antoliç, 13. Duye Çop, 18. İvitsa Oliç.

Baş məşqçi: Niko Kovaç.

 

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 6. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 3. Rasim Ramaldanov, 19. Rahid Əmirquliyev, 2. Qara Qarayev, 11. Rauf Əliev, 7. Araz Abdulayev, 13. Dmitri Nazarov

 

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 10. Rüfət Dadaşov, 8. İlkin Qırtımov, 4. Elvin Yunuszadə, 20. Ufuk Budak, 22. Tərlan Quliyev, 16. Cavid Hüseynov,  21. Taşkın İltər, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov, 15. Ağabala Ramazanov

Baş məşqçi: Berti Foqts

 

 

 

1.

Xorvatiya

3

3

0

0

9:0

9

   

2.

İtaliya

3

3

0

0

5:1

9

   

3.

Norveç

3

2

0

1

5:3

6

   

4.

Bolqarıstan

3

1

0

2

3:4

3

   

5.

Malta

3

0

0

3

0:6

0

   

6.

Azərbaycan

3

0

0

3

2:10

0

 
0