Taşkın İlter 27 dəqiqə oynadı
19.10.2014 - 20:31
Taşkın İlter 27 dəqiqə oynadı

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq "Ayntraxt"ının U-23 komandası evdə "Qoslarer"i sınağa çəkib.

 

Matçda tərəflər hərəyə 2 qol vuraraq, meydandan sülhlə ayrılıb. Bu görüşdə yığmamızda çıxış edən İlter də forma geyinib. O, oyunun 63-cü dəqiqəsində Haris Husenini əvəzləyib və 27 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən "Ayntraxt" 13 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

0