Mahir “fərqləndi”, Vaqif darmadağına üzüldü
19.10.2014 - 23:22
Mahir “fərqləndi”, Vaqif darmadağına üzüldü

Türkiyə PTT I liqasında VI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, bu turda millimizin sabiq futbolçuları üz-üzə gəlib.

 

Belə ki, müdafiəçimiz Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.

 

Qarşılaşmada azarkeşlər 7 topa şahidlik edib. Bol qollu matçda sevinən tərəf Mahirin komandası olub – 5:2. "Qaziantep BB" Vaqifin sol cinahdan ötürməsindən sonra başla 1-ci qolunu vurub. Şükürovun sol cinahdan cərimə zəbəsinden verdiyi asmadan sonra “Karsiyak”a 4-cu qoluna sevinib.

 

Bu matçda Şükürov start heyətində yer alıb və 90 dəqiqə mübarizə aparıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Qonaq komandada isə cəmi bir futbolçumuz - Vaqif Cavadov forma şansı əldə edə bilib. Lakin sabiq oyunçumuz Mahirin “fərqləndi”yi – 54-cü dəqiqədə Muhammed Dəmircinin yerinə meydana çıxıb. Ufukla Rəhmanın adı isə heç "18-liy"ə belə salınmayıb.

 

Qeyd edək ki, 8 turda 8 xal toplayan "Karşıyaka" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Qaziantep BB" isə 4 xalla 16-cı yeri tutur.

0