“Azəryol” “Dinamo” ilə bacarmadı
20.10.2014 - 09:21
“Azəryol” “Dinamo” ilə bacarmadı

“Azəryol” yeni mövsümün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, klub yeni himnini, talismanını, loqotipini və formasını ictimaiyyətə təqdim etdikdən sonra Bakıda qonaq olan Krasnodar “Dinamo”su ilə yoxlama matçı keçirib.

 

Görüş “sülh”lə başa çatıb. Belə ki, “Azəryol” ilk hissədə məğlub olsa da, ardınca hesabda önə keçib. Lakin 4-cü setdə yenidən şimal qonşularımız fəallaşıb və status-kvonu bərpa ediblər.

 

Tay-breki isə oynamağa ehtiyac olmadığından görüş 2:2 (27:29; 25:23; 25:22; 22:25) hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, “Azəryol” “Dinamo” ilə sabah bir daha sonaq matçı keçirəcək. 

0