Arif Əsədovla Ernest Nforun yubileyi
20.10.2014 - 10:05
Arif Əsədovla Ernest Nforun yubileyi

Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt”la oyunu (1:0) “Neftçi”nin baş məşqçisi Arif Əsədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, mütəxəssis indiki postunda yubiley – 25-ci qələbəsini qazanıb.

 

55-ci dəfə “ağ-qaralar”ı baş məşqçi kimi meydana çıxaran Əsədov bu qarşılaşmalarda 19 heç-heçə və 11 məğlubiyyətə imza atıb. Bakılılar onun rəhbərliyi altında 24 dəfə Premyer Liqa, 1 dəfə ölkə kubokunda qələbə qazanıb.

 

Baş məşqçiyə 25-ci qələbəni qazandıran qolun müəllifi Ernest Nfor “Neftçi”nin heyətində 50-ci matçını keçirib. Bu oyunların 37-si Premyer Liqa, 6-sı avrokubok, 1-i Superkubok, 6-sı Azərbaycan kubokuna təsadüf edib. Kamerunlu bu 50 görüşdə 11-ci qolunu vurub.

0