“Qarabağ” Kiyevə oyuna 1 gün qalmış gedəcək
20.10.2014 - 10:28
“Qarabağ” Kiyevə oyuna 1 gün qalmış gedəcək

Topaz Premyer Liqasının VIII turunda “Qəbələ”ni məğlub edən (2:0) “Qarabağ” bir günlük istirahətdən sonra hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Avroliqanın qrup mərhələsinin III turunda Ukraynada “Dnepr”in qonağı olacaq Ağdam təmsilçisi gündə 1 çalışmayla oyuna hazırlaşır.

 

Artıq komandanın hazırlıq planı da məlumdu. Qurban Qurbanovun yetirmələri bugün və sabah da Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə “Qarabağ” oyunun keçiriləcəyi Kiyevə yollanacaq.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu Ukraynanın paytaxtındakı Olimpiya stadionunda keçiriləcək. Matç oktyabrın 23-də saat 00:05-də baş tutacaq.

 

0