[b]AFFA yığmamızın baş məşqçisindən şikayət etdi[/b]
20.10.2014 - 15:50
[b]AFFA yığmamızın baş məşqçisindən şikayət etdi[/b]

AFFA Qazaxıstan Futbol Federasiyası və “Kayrat” klubuna şikayət məktubu ünvanlayıb. Bu barədə məlumatı apasport.az saytına qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu verib.

 

O bildirib ki, Azərbaycan futzal millisinin baş məşqçi postunu özbaşına tərk edən braziliyalı mütəxəssis Joze Alesio ilə bağlı məsələ hələ yekunlaşmayıb. Nərimanoğlu qeyd edib ki, yığmadan imtina edib, “Kayrat”a qaçan məşqçi ilə bağlı bu qurumların ölçü götürməlidi. Bundan sonra çalışdırıcı AFFA ilə danışıqlar aparmalıdı.

 

AFFA rəsmisi məsələnin FİFA-ya şikayət səviyyəsinə qədər uzanacağına inanmadığını bildirib.

 

Qeyd edək ki, 2008-ci ilin dekabrından millimizi çalışdıran Alesio bir müddət əvvəl həm yığma, hm də rəhbərlik etdiyi “Araz”dan ayrılaraq Qazaxıstana yollanıb.

0