“Qarabağ” Kiyevdə məşqə çıxmayacaq
21.10.2014 - 19:27
“Qarabağ” Kiyevdə məşqə çıxmayacaq

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviçin mətbuat konfransının vaxtı bəlli olub. Apapsort.az saytının məlumatına görə, sabah Kiyevdəki “Olimpiya” stadionunda öncə jurnalistlərin suallarını 63 yaşlı mütəxəssis yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə 19:30) cavablandırıcaq.

 

Dnepropetrovsk təmsilçisinin mətbuat üçün açıq məşqi isə saat 18:00-da (Bakı vaxtı ilə 20:30) nəzərdə tutulub.

 

Qeyd edək ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov oyunöncəsi fikirlərini Bakı vaxtı ilə 20:45-də açıqlayacaq. Ağdam klubu isə məşq etməyəcək. 

0