[b]“Bir güllə ilə iki dovşan vurdu”, ÇL-in tarixinə düşdü[/b]
22.10.2014 - 01:45
[b]“Bir güllə ilə iki dovşan vurdu”, ÇL-in tarixinə düşdü[/b]

“Şaxtyor”un hücumçusu Luis Adriano Çempionlar Liqasının tarixində bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu qitə miqyaslı ən möhtəbər klub turnirinin III turunda BATE ilə görüşün ilk hissəsində poker edib.

 

Forvard 7:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatan oyunun birinci yarısında 4 qol vuran (27-pen, 36, 40, 44) ilk futbolçu olub.

 

Bundan başqa, matçın 80-cı dəqiqəsində daha bir penaltidən fərqlənən Adriano həm “penta-trik”ə imza atıb, həm də “Barselona”nın hücumçusu Lionel Messinin 2012-ci ildə qırdığı rekoda şərik olub.

 

Həmçinin Luis Donetski klubunun heyətində ən yaxşı bombardirlərin siyahısının ilk pilləsinə yüksəlib. 2007-ci ildən “Şaxtyor”da çıxış edən 27 yaşlı oyunçu vurduğu qolların sayını 116-ya çatdırb. O, Ukrayna klubunun sabiq futbolçusu Andrey Vorobyandan 2 top çox fərqlənib.

0