“Tottenhem” və PSV-nin futbolçuları yığmamıza qarşı
22.10.2014 - 11:52
“Tottenhem” və PSV-nin futbolçuları yığmamıza qarşı

17 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının ilkin seçmə mərhələsində rəqiblərindən olan Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bob Brovays 18 futbolçunun adını UEFA-ya təqdim edib.

 

“18-lik”də “Tottenhem” və PSV-də çıxış edən legionerlərin adlarına rast gəlmək mümkündü: Nelson Azevedo, Vut Fas, Yorn Vankamp (hər üçü “Anderlext”), İsmail Azzauri (“Tottenhem”, İngiltərə), Dris Kaynyau (“Gent”), Lennerd Daneels, Dante Riqo, Kaan Tanrıver, Mattias Verbeq (hamısı PSV, Hollandiya), Kino Delorj, Matiss Tuys (hər ikisi “Genk”), Kristof Yanssens, Yens Teunkens, Dennis van Varenberq, Nils Verbuq (hamısı “Brügge”), Brent Laurensens, Stef van Kauvenberge (hər ikisi “Sulte-Varegem”), Ato Morqan (“Standard”).

 

Qeyd edək ki, U-17 millimizin yer aldığı X qrupun oyunları sabahdan Belçikada start götürəcək. Mirbağır İsayevin yetirmələri ilk oyununu məhz meydan sahiblərinə qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

                                                                                          

0