Belçika sınağı
22.10.2014 - 12:44
Belçika sınağı

Sabah 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, yığmamız Belçikada təşkil olunan seçmə mərhələnin X qrupunda çıxış edəcək yığmamız meydan sahibləri, İsveçrə, Bosniya və Herseqovina ilə qarşılaşmalarda qüvvəsini sınayacaq.

 

Mirbağır İsayevin yetirmələri mərhələ adlamaq üçün ilk iki yerdən birini tutmalıdır. Komandamız 3-cü yerlə də mərhələ adlaya bilər. Lakin bunun üçün bütün qruplarda mübarizənin bitməsini gözləmək lazım gələcək. Çünki yalnız 5 ən yaxşı 3-cü yer sahibi elit mərhələyə vəsiqə qazanacaq.

 

23 oktyabr

22:00. Belçika – Azərbaycan

22:00. Bosniya və Herseqovina – İsveçrə

25 oktyabr

22:00. Azərbaycan – İsveçrə

22:00. Belçika - Bosniya və Herseqovina

28 oktyabr

22:00. Bosniya və Herseqovina – Azərbaycan

22:00. Belçika – İsveçrə

 

0