[b]Qurban Qurbanov: “Dnepr” bizə yad rəqib deyil[/b]
22.10.2014 - 21:34
[b]Qurban Qurbanov: “Dnepr” bizə yad rəqib deyil[/b]

“Bizi “Dnepr”lə ağır oyun gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Gənc çalışdırıcı sabah Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə keçiriləcək “Dnerp”lə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Ukraynanın liderinə qarşı oynayacağıq. Bu matç üçün həddindən artıq hazırlaşmışıq. Rəqibi yaxından tanıya bilmərik, lakin sabah onları canlı olaraq meydanda görəcəyik. “Dnepr” bizə yad rəqib deyil. Ukrayna futbolunu yaxından birlirik. Əvvəlki illərdən fərqli olaraq, bu komandada xeyli sayda ustalıq səviyəsi yüksək olan legionerlər çıxış edir. Maraqlı matç keçəcək və sona qədər mübarizə aparacağıq. Komandalara nəzər salsaq, “Dnepr” qrupun favoritlərindən biridir. Bu qarşılaşma bizim üçün ən azından böyük təcrübə olacaq. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

 

Qurbanov sabah meydanada mübarizə aparacaqları taktikadan da danışıb: “Sent-Etyen”lə oyundan fərqli olaraq, indi biz rəqib meydanda mebarizə aparacağıq. “Dnepr” tərəfin açıqlamalarına baxıram, təkcə bu oyunu düşünmürlər. Onlar 2 həftədən sonra Bakıdakı qarşılaşmanı da nəzərdə tuturlar. Rəqib bu 2 matçdan maksimum nəticə əldə etmək istəyir. Taktikaya gəldikdə isə, meydan sahiblərinin oyununa mane olamağa çalışacağıq. Meydanda həmişə oyunadığımız taktika ilə mübarizə aparacağıq. Ola bilər ki, matçın gedişatında başqa taktikaya da keçdik”. 

0