[b]Qurban Qurbanov: Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur[/b]
23.10.2014 - 12:42
[b]Qurban Qurbanov: Yığma ilk dəfə deyil ki, böyük hesabla uduzur[/b]

“Azərbaycan millisinin Xorvatiyaya 0:6 hesabı ilə uduzması, “Qarabağ”da olan yığma üzvlərinə psixoloji cəhətdən pis təsir etmişdi. Amma biz bunu aradan qaldırmağa çalışdıq”. Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Bu gün Avroliqanın qrup mərhələsinin III turunda Ukraynada “Dnepr” klubu ilə qarşılaşacaq ağdamlıların çalışdırıcı matçdan öncə jurnalistlərin önünə çıxıb. O, yerli jurnalistlərin “Azərbaycan yığmasının Xorvatiyaya 0:6 hesablı məğlubiyyəti “Qarabağ”da psixoloji gərginlik yarada bilərmi” sualına belə cavab verib: “Öncə onu qeyd edim ki, Azərbaycan yığması ilk dəfə deyil ki, böyük hesabla uduzur. Biz bundan əvvəl də belə məğlubiyyətlərə şahidlik etmişik. Düzdü, Xorvatiyaya 0:6 hesabı ilə uduzmağımız ölkədə böyük müzakirə obyektinə çevrildi. Amma keçmişlə yaşamaq lazım deyil. Bizim Avroliqada məqsədimiz var. Etdiyimiz kiçik bir səhv bizi hədəfimizdən yayındıra bilər. Buna görə də bütün fikirlərimizi “Dnepr”lə matça yönəltməliyik”.

 

Qurbanov matçdan bir gün öncə səfər yollanmasını isə belə izah edib: “Hamı düşünür ki, biz oyundan bir gün qabaq Ukraynaya gəldiyimiz üçün burda nəsə sirr var. Amma heç də belə deyil. Hər oyundan əvvəl biz düşünürük ki, yollanacağımız səfərə neçə gün qabaq getsək, bizə yaxşı olar. Bu qarşılaşmadan öncə də belə qərara gəldik ki, Ukraynaya oktyabrın 22-də gedək. Bu sadəcə bizim planımız idi”.

 

0