[b]“Qarabağ” üçün iki cəhbədə oynamaq çətindi”[/b] - MÜSAHİBƏ
23.10.2014 - 13:36
[b]“Qarabağ” üçün iki cəhbədə oynamaq  çətindi”[/b] - MÜSAHİBƏ

“Araz Naxçıvan”ın ukraynalı futbolçusu Ruslan Zubkov “Dnepr” – “Qarabağ” matçı ilə bağlı football.ua saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, AZAL və “Turan”la Premyer Liqada “Qarabağ”a qarşı çıxış etmiş mərkəz müdafiəçisi bu komandanın hansı futbolçularından çəkinmək lazım gəldiyini bildirib. 

 

- Ruslan, hər şeydən əvvəl, ukraynalı, xüsusən də dnepropetrovsklu azarkeşlərə püşkün müəyyənləşdirdiyi “Dnepr”in rəqibi “Qarabağ” haqqında nə deyə bilərsiniz? Bu komandanın özünə məxsus cəhəti varmı ki, ondan çəkinməyə məcbur edir?

- Mən “Dnepr” və “Qarabağ”ın bütün azarkeşlərinə baxımlı futbol və yaxşı, ədalətli oyun arzulayıram. Püşk haqqında deyə bilərəm ki, çempionatların reytinqinə baxmayaraq, futbol idmanın ən gözlənilməz növüdü. Konkret olaraq, “Qarabağ” hazırkı durumda Azərbaycan çempionatında ən güclü komandalardan biridi. Onlar sürətli futbolu sevirlər. Bu, yəqin ki, komandaya xas xüsusiyyət sayılır. Ona görə də “Dnepr” bu oyunlara ciddi hazırlaşmalıdı.

 

- Komandanız “Qarabağ”la cari mövsüm qarşılaşmayıb. Niyə sizin matçınız təxirə salınıb?

- Bəli, bizim “Qarabağ”la III turun matçı onların avrokuboklarda oynamasına görə təxirə salınıb. Onların ilk oyunda uğurlu çıxış etməsi üçün bu təxirəsalınma həyata keçirildi. Çünki Azərbaycan komandaları üçün hələ 2 cəbhədə mübarizə aparmaq çətindi. Belə desək, həm çempionat, həm də avrokuboklarda oynamağa gücləri çatmır.

 

- Komanda kimi “Qarabağ” haqqında nə deyə bilərsiniz? Onlar hansı üslubda oynayır, liderləri kimdi, hansı oyunçularından ehtiyat etmək lazımdı?

- “Qarabağ” haqqında bir şeyi deyə bilərəm. Bu, çempionatda 90 dəqiqə “Spartak”ın üslubunda oynamağı sevən, hazırlıqlı bir komandadı. Onlar yaxşı top saxlayır, hücumlara tez qoşulmağı və əks-hücumları sevir. Bunun üçün onlarda hücumçu olan Reynaldo, mərkəz yarımmüdafiəçisi Riçard Almeyda kimi sürətli futbolçular var. Bu futbolçular haqda deyə bilərəm ki, onlarım oyunu alınsa, “Dnepr”ə müdafiədə asan olmayacaq.

 

- “Qarabağ” çempionatda 7 matçdan sonra cəmi 14 xalla II yerdə gedir. Belə nəticə onları ruhdan salmalıdı?

- “Qarabağ” bu gün 14 xala malikdir və II pillədədi. Bu yalnız çempionatın əvvəlidi. Əminəm ki, onlar itirilmiş xalların əvəzini çıxaracaqlar. Hazırda onlar liderdən cəmi 1 xal geridə qalır. Axı onlarda yerli Premyer Liqanın bizimlə oyunu təxirə salınıb. Üstəlik, bayaq dediyim kimi, onlara 2 cəbhədə oynamaq çətindi. Bu, komanda üçün yenilikdi.

 

- Azərbaycanda püşk haqqında nə danışırlar? Onlar “Dnepr”dən və Ukraynaya səfərdən nə gözləyirlər?

- Burda hamı “Qarabağ”dan gözləyir ki, onlar qrupdan çıxacaq. Amma “Qarabağ”ın konkret olaraq, “Dnepr”lə oyunlardan nə gözlədiyini bilmirəm. Əminəm ki, onlar bilir ki, çempionatda “Çernomorets” üzərindəki qələbədən sonra bu gün “Dnepr” çrmpionatda I yerdədi. Ona görə də “Qarabağ”ı ciddi mübarizə gözləyir.

 

- Azərbaycan komandasının və “Dnepr”in bu qrupdakı şanslarını necə dəyərləndirirsiniz?

- Şanslar barəsində deyim ki, futbolla bağlı proqnoz verməyi xoşlamıram. Çünki həmişə deyəndə səhv edirəm (gülür). Ona görə də mən sadəcə gözəl futbola baxmağı və bundan zövq almağı sevirəm. “Dnepr” və “Qarabağ”a layiqli oyun arzulayıram. Təbii ki, qrupda “Dnepr”ə azarkeşlik edirəm!

 

0