[b]Azərbaycanlılar “Dnepr”in qənimidi[/b] - FOTO
23.10.2014 - 16:02
[b]Azərbaycanlılar “Dnepr”in qənimidi[/b] - FOTO

 

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq Ukrayna “Dnepr”inin təmsilçilərimizlə son qarşılaşması 11 il əvvələ təsadüf edib. Apasport.az saytının məlumatına görə, klublarımız müstəqillik illərində bu komanda ilə görüşməsə də, futbolçularımız Dnepropetrovsk təmsilçisinə acı anlar yaşadıb.

Bunu “Volın” klubunda çıxış edən milli üzvlərimiz bacarıb. 2003-04-cü illərdə Lutsk təmsilçisində çıxış edən Samir Əliyev indiyədək “Dnepr”ə ən çox qol vuran “Volın”lılardan biridir.

Samir buna 1 matç sayəsində nail olub. 2003-cü il iyunun 8-də Lutskdakı tarixi qarşılaşmada Əliyev dubl müəllifi olub. “Dnepr”in 5:4 hesabı ilə başa çatdığı görüşdə Kamal Quliyev də fərqlənə bilib. Azərbaycanlıların 90 dəqiqədə 3 qol vurduğu “Dnepr” yalnız əzmkarlıq sayəsində 3 xal əldə edib.

Samirin 11-ci, Kamalın 13-cü dəqiqlərdəki qolundan sonra hesab 2:0-a, Əliyevin 26-cı dəqiqədəki penaltisindən sonra isə 4:1-ə çatsa da, meydan sahibləri bu üstünlüyü qoruya bilməyib.

0