[b]Çempionlar Liqasının rəmzi komandası açıqlandı - FOTO[/b]
23.10.2014 - 19:18
[b]Çempionlar Liqasının rəmzi komandası açıqlandı - FOTO[/b]

Çempionlar Liqasında qrup mərhələsinin III turunun rəmzi komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA qitənin ən nüfuzlu klub turnirinin son qalibi “Real”ın heyətindən 2 futbolçunun adını sıyahıya daxil edib.

 

ÇL-nin qrup mərhələsinin III turunun rəmzi komandası:

 

Qapıçı: Roberto ("Olimpiakos", Yunanıstan)

 

Müdafiəçilər: Marselo ("Real", İspaniya), David Luis (PSJ, Fransa), Marek Suhi ("Bazel", İsveçrə), Donati ("Bayer”, Almaniya)

 

Yarımmüdafiəçilər: Eden Azard ("Çelsi", İngiltərə), Koke ("Atletiko", İspaniya), Marko Roys ("Borussiya" D, Almaniya)

 

Hücumçular: Kərim Benzema ("Real”, İspaniya), Luis Adriano ("Şaxtyor", Ukrayna), Aryen Robben ("Bavariya", Almaniya)

0