“Qarabağ”la!
24.10.2014 - 10:26
 “Qarabağ”la!

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Dnepr” (Ukrayna) – “Qarabağ” (Azərbaycan) qarşılaşması Azərbaycan futbolunda bir sıra tarixi nailiyyətlərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 1:0 hesablı səfər qələbəsi görünməmiş rekordlarımızla nəticələnib.

 

Onlardan bəziləri qrupun qarşıdakı 3 oyununda növbəti dəfə yenilənə də bilər. Bunun üçün “Qarabağ”ın uğurlu çıxışı davam etdirməsi lazımdı.

 

Mövsümdə 9 qələbə. “Qarabağ”ın qələbəsi 2014/15 mövsümündə əldə olunan 9-cu uğur oldu. Bununla, klublarımızın avrokuboklarda 20 illik çıxışı ərzində ən yüksək nailiyyət əldə edildi. İndiyədək ən yaxşı nəticə 2013/14 mövsümündəki 8 qələbə sayılırdı.

 

UEFA reytinqində 3-ü arxada qoyduq. Azərbaycan klubları cari mövsüm UEFA reytinqi üçün 3,125 xal toplayıb. Bu da avrokuboklar tarixində rekordumuz olan 2012/13 mövsümünü arxada qoyur. Həmin vaxt ölkəmiz 3,000-lə kifayətlənmişdi.

 

Qrupda 4 xal. “Qarabağ” Avropa Liqasının qrupunda ən çox xal toplayan Azərbaycan klubu adını qazanıb. Ağdamlılar 4-ə çatmaqla, 2 il əvvəl 3 xal qazanan “Neftçi”ni keçib.

 

5 ildə 12. Son 5 mövsümün nəticəsinə əsasən hesablanan reytinqimiz isə 12,000-yə çatıb. Cari mövsümədək ən yüksək nəticəmiz 10,375 idi.

 

 

0