[b]UEFA-dan milliyə ağır cəza: Texniki məğlubiyyət və 100 min avro![/b]
24.10.2014 - 12:47
[b]UEFA-dan milliyə ağır cəza: Texniki məğlubiyyət və 100 min avro![/b]

UEFA AVRO-2016-nın seçmə mərhələsində baş tutan Serbiya – Albaniya matçı ilə bağlı son qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun nümayəndələri hər iki millinin nümayəndələrini dinləyib.

 

Sonra matçda baş verən hadisələrə uyğun qərar verilib. Qitə futbol qurumu Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Amma bu qələbəyə görə Serbiyaya xal verilməyib. Bundan başqa hər iki yığma 100 min avro cərimə olunub.

 

Həmçinin Serbiya millisi UEFA-nnı bayrağı altında keçirəcəyi növbəti iki oyunu azarkeşsiz oynayacaq.

                                              

Qeyd edək ki, oktyabrın 14-də keçirilən sözügedən matçda oyunun 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.

 

0