“Qarabağ” kimi aldadıb? - FOTO
24.10.2014 - 13:03
“Qarabağ” kimi aldadıb? - FOTO

Ukraynalı futbol mütəxəssisi Sergey Morozov Avroliqanın qrup mərhələsinin III turunda baş tutan “Dnepr” – “Qarabağ” (0:1) matçı haqqında fikirlərini açıqlayıb. Apasport.az xəbər verir ki, o, Azərbaycan klubundan belə oyun gözləmədiyini bildirib.

 

Morozov qeyd edib ki, Dnepropetrovsk təmsilçisi “Qarabağ”ın adına aldanıb: “Dnepr” üçün uğursuz gün oldu. Bu komandanın pley-offa çıxmaq üçün şansları var. Heyətdəki futbolçulara baxsaq, onlar növbəti mərhələyə adlaya bilərlər. Ancaq dünənki oyunda “Qarabağ”ın adı bizi aldatdı. Çünki heç kim Azərbaycan təmsilçisindən belə oyun gözləmirdi. Onların heyətində çox yaxşı futbolçular var. Lakin onlar “Dnepr”dən zəifdirlər. Qələbə qazanmaq olardı”.

 

 

0